Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ümumi çəkisi 57,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
05.03.2026
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 5-də ümumi çəkisi 57,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 27,6 kiloqrama yaxın heroin, 26,4 kiloqramdan artıq marixuana, 3,6 kiloqrama yaxın tiryək və metamfetamin, həmçinin 1723 ədəd güclü təsiredici xassəyə malik metadon həbi olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Martın 5-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 tapança, 1 qumbara, 12 tüfəng, 12 patron darağı və 583 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 67 cinayətin açılması təmin olunub
04.03.2026
İtkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Martın 4-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının martın 4-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 11,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 4-də ümumi çəkisi 11,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Martın 4-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 20 tüfəng və 19 ədəd patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 91 cinayətin açılması təmin olunub
03.03.2026
Bank əməkdaşı olduğunu deyib 13 min manatı talayan şəxs saxlanılıb
Nəsimi rayonu ərazisində bir nəfər polisə müraciət edərək bank kartındakı maddi vəsaitin talandığını bildirib.Belə ki, özünü bank əməkdaşı kimi təqdim edən şəxs naməlum nömrədən ona zəng edərək kartına müdaxilə olunduğunu bildirib. Kart məlumatlarını həmin şəxsə göndərən zərərçəkənin bu yolla 13 min manatı ələ keçirilib.Nəsimi RPİ 21-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı A.Zaliyev müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Abşeronda bir gecədə dörd evi talayan şəxs saxlanıldı
Abşeron rayonunda silsilə oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs ayrı-ayrı dörd evdən elektrik naqilləri, su qızdırıcılar, 1600 manat dəyərində 4 ədəd avtomobil təkəri və digər dəyərli əşyaları talayıb.Polis əməkdaşlarının keçirdikləri tədbirlə 28 yaşlı A.Məmmədov qeyd olunan əməlləri törətməkdə şübhəli bilinərək saxlanılıb. Araşdırmalarla onun evlərdə heç kimin olmadığını dəqiqləşdirdikdən sonra talama cinayətlərini reallaşdırdığı məlum olub. Faktlarla bağlı araşdırmalar davam etdirilir.