Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Nərimanov rayonunda 5 kq narkotik vasitə aşkarlandı
16.01.2026
Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Tədbir zamanı əvvəllər məhkum olunmuş 35 yaşlı Bakı şəhər sakini Orxan Müslümov saxlanılıb. Ondan 5 kiloqram 700 qram marixuana aşkarlanıb. O.Müslümov ifadəsində narkotikləri sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiyini bildirib.Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 76 cinayətin açılması təmin olunub
15.01.2026
Restorandan iki ədəd mobil telefon oğurlayan şəxslər saxlanılıblar
Paytaxtın Nəsimi rayonunda fəaliyyət göstərən restoranların birindən iki ədəd mobil telefonun oğurlanması barədə polisə məlumat daxil olub.Həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı X.Eyvazov və 39 yaşlı İ.Ələkbərov saxlanılıblar.Araşdırmalar aparılır.
Xırdalanda binaların qarşısından dəmir məhəccərləri oğurlayan şəxs saxlanılıb
Abşeron rayonu, Xırdalan şəhərində binaların qarşısından dəmir məhəccərlərin oğurlanması barədə polisə müraciət daxil olub. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq etməkdə şübhəli bilinən 33 yaşlı Z.Həsənzadə saxlanılıb.Araşdırmalar davam etdirilir.
Nərimanovda oğurluq edən şəxslər saxlanıldı
Nərimanov rayonunda yerləşən marketlərin birindən oğurluq edilməsi ilə bağlı polisə müraciət daxil olub. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 40 yaşlı İ.Qədirov saxlanılıb.Rayon ərazisində qeydə alınan daha bir oğurluq zamanı isə “VAZ-2107” markalı avtomobildən 780 manat və maqnitofon oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş T.Namazov da saxlanılıb.Hər iki fakt üzrə araşdırma aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 11 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Yanvarın 15-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 11 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının yanvarın 15-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 74,5 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 15-də ümumi çəkisi 74,5 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 21 kiloqrama yaxın heroin və 53,5 kiloqramdan çox marixuana, həmçinin 152 ədəd güclü təsiredici xassəyə malik həb olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Yanvarın 15-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 10 avtomat silahı, 2 tapança, 4 qumbara, 6 alışdırıcı, 79 tüfəng, 7 patron darağı və 571 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 54 cinayətin açılması təmin olunub.
14.01.2026