Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir
22.01.2026
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Yanvarın 22-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 3 tapança, 21 tüfəng, 2 patron darağı və 11 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 58 cinayətin açılması təmin olunub
21.01.2026
Bakı və Sumqayıtda oğurluq edən şəxslər saxlanılıblar
Paytaxtın Sabunçu rayonunda evlərdən silsilə oğurluqlar edilib. Zərərçəkənlər polisə müraciət edərək mənzillərindən qızıl-zinət əşyaları və mobil telefonlarının talandığını bildiriblər. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş F.Bağırov müəyyən edilərək saxlanılıb.Sumqayıtda isə müxtəlif markalı nəqliyyat vasitələrindən maqnitofon və səs gücləndirici oğurlamaqda şübhəli bilinən Ə.Babaşov da polis əməkdaşları tərəfindən saxlanılıb.Faktlarla bağlı araşdırma aparılır.
Bank kartlarını talayan şəxs saxlanılıb
Abşeron rayonu Xırdalan şəhərində oğurluq hadisəsi baş verib. Rayon sakini polisə müraciət edərək “Hyundai” markalı nəqliyyat vasitəsindən bank kartının oğurlandığını, daha sonra həmin kartda olan pul vəsaitinin çıxarıldığını bildirib. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən S.Mirzəyev saxlanılıb.Bundan başqa Binəqədi və Qaradağ rayonlarında məişət əşyaları, inşaat materialları, eləcə də marketlərdən oğurluq etməkdə şübhəli bilinən A.İsmayılov və M.Əzizov da polis əməkdaşları tərəfindən saxlanılıblar.Faktlarla bağlı araşdırma aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Yanvarın 21-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının yanvarın 21-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 78,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 21-də ümumi çəkisi 78,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 69,9 kiloqrama yaxın marixuana, 7,4 kiloqrama yaxın tiryək, 1 kiloqramdan çox həşiş, qalanı heroin və metamfetamin, həmçinin 931 ədəd güclü təsiredici xassəyə malik həb olub.Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Yanvarın 21-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 1 pulemyot, 2 tapança, 22 qumbara, 34 tüfəng, 20 patron darağı və 1146 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Yasamalda əməliyyat: 20 kq marixuana aşkarlandı
Yasamal Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatları davam etdirir. Növbəti tədbir zamanı əvvəllər də analoji cinayətə görə məhkum olunmuş 24 yaşlı Əliağa Novruzzadə saxlanılıb. Onun üzərindən və yaşadığı evdən çoxsaylı bükümdə ümumi çəkisi 20 kiloqram 486 qram tərkibinə zərərli maddələr əlavə olunmuş marixuana və narkotiklərin satışında istifadə edilən elektron tərəzi aşkarlanıb.
Nizami rayonunda quldurluq və oğurluq edən şəxslər saxlanılıblar
Paytaxtın Nizami rayonunda 54 yaşlı şəxsə qarşı quldurluq edilib. Zərərçəkən polisə müraciət edərək bir neçə gün əvvəl iki nəfər naməlum şəxsin onu kəsici alətlə hədələyərək gödəkçəsində olan pul vəsaitini ələ keçirdiklərini bildirib. Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 42 yaşlı Cabir Ələkbərov və 34 yaşlı Nazir İsmayılov müəyyən edilərək saxlanılıblar.Şöbə əməkdaşları tərəfindən həyata keçirilən digər tədbirlərlə isə rayon ərazisindəki market və ticarət mərkəzlərinin birindən mobil telefon, eləcə də qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən 37 yaşlı İxtiyar Nəbiyev və daha iki şəxs saxlanılıb.Bundan başqa Nizami rayonunda polis əməkdaşları kuryerlik edən şəxslərin motosikletlərini oğurlamaqda şübhəli bilinən Elvin İmanov və Samir Hüseynovu da saxlayıblar.Qeyd edək ki, hadisələrin hər biri təhlükəsizlik kameraları vasitəsilə də anbaan qeydə alınıb.Faktlarla bağlı araşdırmalar davam etdirilir.