Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ümumi çəkisi 20,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
12.08.2026
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 12-də ümumi çəkisi 20,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Avqustun 12-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 qumbara, 7 tüfəng, 1 patron darağı və 144 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 66 cinayətin açılması təmin olunub
11.08.2026
Yasamal rayonunda oğurluq edən şəxslər saxlanılıblar
Paytaxtın Yasamal rayonunda zərərçəkənlərə məxsus 2 velosiped, 3 ədəd mobil telefon və noutbukun oğurlanması ilə bağlı polisə müraciətlər daxil olub. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məkhum olunmuş 32 yaşlı N.Ağamuradov müəyyən olunaraq saxlanılıb. Onun oğurladığı əşyaları satdığı müəyyən edilib. Bundan başqa Yasamal rayonunda 2 mağazadan ümumilikdə 3700 manat nağd vəsaiti oğurlamaqda şübhəli bilinən Ü.Şərifov və T.Salmanov da müəyyən edilərək saxlanılıblar.Faktlar üzrə araşdırmalar davam etdirilir.
İtkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Avqustun 11-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının avqustun 11-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 29,1 kiloqramdan artıq narkotik vasitə və 5995 ədəd metadon həbi aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 11-də ümumi çəkisi 29,1 kiloqramdan artıq narkotik vasitə və 5995 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Avqustun 11-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 5 tüfəng və 5 ədəd patron aşkar edərək götürüblər.Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 36 cinayətin açılması təmin olunub
10.08.2026
Yasamalda soyğunçuluq edən şəxs saxlanılıb
Yasamal rayonu ərazisində fəaliyyət göstərən marketlərdən birində soyğunçuluq hadisəsi qeydə alınıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq cinayətinə görə məhkum olunmuş 43 yaşlı A.Zahidov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.