Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Evlərdən oğurluq edən şəxs saxlanılıb
03.03.2026
Xəzər rayonunda oğurluq hadisələri qeydə alınıb. Naməlum şəxs rayon ərazisində yerləşən iki evə daxil olaraq 2150 manat pul və 1000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 46 yaşlı M.Alıyev müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı M.Alıyevin taladığı əşyaları zərgərlik mağazalarının birinə satdığı və rayon ərazisində yerləşən daha 6 evdən oğurluğa cəhd etdiyi məlum olub. Araşdırma aparılır.
Klinikada həkimin otağından 5000 manat oğurlayan şəxs saxlanıldı
Ötən gün paytaxtın Səbail rayonunda klinikaların birindən oğurluq edilib. Naməlum şəxs gündüz saatlarında zərərçəkənin çantasından 5000 manat, bank kartları və şəxsi sənədlərini talayıb.Polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 58 yaşlı A.Əliyev müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs müayinə olunmaq bəhanəsi ilə tibb müəssisəsinə daxil olaraq həkim otaqlarını bir-bir nəzərdən keçirib və zərərçəkənin otaqda olmadığını fürsət bilərək oğurluq edib.Faktla bağlı araşdırmalar aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Martın 3-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 14 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının martın 3-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 14 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 11,9 kiloqramdan artıq narkotik vasitə və 501 ədəd güclü təsiredici xassəyə malik metadon həbi götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 3-də ümumi çəkisi 11,9 kiloqramdan artıq narkotik vasitə və 501 ədəd güclü təsiredici xassəyə malik metadon həbi aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Martın 3-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 2 tapança, 3 qumbara, 1 alışdırıcı, 23 tüfəng, 7 patron darağı və 829 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Ağır xəstəlikdən əziyyət çəkən azyaşlıya yardım məqsədilə kart hesabında toplanan pulu talayan şəxs saxlanılıb
Nəsimi rayon sakini olan bir nəfər ağır xəstəlikdən əziyyət çəkən azyaşlı övladı üçün maddi yardım toplanması məqsədilə sosial şəbəkələrdə paylaşdığı bank kartının məlumatlarının informasiya texnologiyalarından istifadə olunmaqla oğurlanması barədə polisə məlumat verib.Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən Orxan Hacıyev müəyyən edilərək saxlanılıb. O. Hacıyev ifadəsində həmin bank kartının konfidensial məlumatlarını əldə edərək hesabda olan pul vəsaitini müxtəlif kartlara köçürdüyünü və sonradan nağdlaşdırdığını bildirib.Faktla bağlı araşdırma davam etdirilir.
Saray qəsəbəsində 15 kiloqram narkotik vasitə aşkarlandı
Abşeron Rayon Polis İdarəsi Saray Polis Bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib. Tədbir zamanı saxlanılan 38 yaşlı Fərid İskəndərovdan 14 kiloqram 641 qram narkotik vasitə olan marixuana, 241 qram psixotrop maddə metamfetamin, həmçinin 100 ədəd güclü təsiredici xassəyə malik metadon həbi aşkarlanıb.F.İskəndərovun narkotik vasitələri paytaxt və Abşeron rayonu ərazisində müxtəlif ünvanlara yerləşdirərək satışını təşkil etmək istədiyi məlum olub.Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 59 cinayətin açılması təmin olunub
02.03.2026
İtkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Martın 2-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.