Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Çalışdıqları məkanlardan oğurluq edən şəxslər saxlanılıblar
02.08.2026
Paytaxtın Nizami rayonunda talama cinayətləri qeydə alınıb. Naməlum şəxslər rayon ərazisində yerləşən marketlərin birindən 6612 manat dəyərində elektrik naqili oğurlayıblar.Polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən 47 yaşlı C.Hüseynzadə, 33 yaşlı E.Hüseynov və həmyaşıdı Ə.Mammedov müəyyən olunaraq saxlanılıblar. Araşdırmalarla həmin şəxslərin bir müddət əvvəl marketin anbarında çalışdıqları və oğurladıqları naqilləri əlvan metal qəbulu məntəqələrinə satdıqları məlum olub. Rayon ərazisində keçirilən digər tədbir nəticəsində isə zavodların birinin anbarından ümumi dəyəri 4250 manat olan müxtəlif avadanlıqları talamaqda şübhəli bilinən 40 yaşlı Ə.Cavadov, 31 yaşlı O.Məmmədov və 62 yaşlı F.Musayev də polis əməkdaşları tərəfindən saxlanılıblar.Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Sumqayıtda iki avtomobil qaçıran şəxslər saxlanılıb
Sumqayıt şəhəri ərazisində zərərçəkənə məxsus “MG” markalı avtomobil qaçırılıb. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən N.Koroğluyev müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla həmin şəxsin müştərinin avtoyuma məntəqəsinə təhvil verdiyi avtomobili qanunsuz olaraq götürərək hadisə yerindən uzaqlaşdığı məlum olub.Şəhər ərazisində keçirilən digər tədbir nəticəsində isə zərərçəkənin yaşadığı binanın həyətində saxladığı “VAZ-2106” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən A.Zeynalov da saxlanılıb. Hər iki nəqliyyat vasitəsi sahibinə geri qaytarılıb. Araşdırmalar davam etdirilir.
İtkin düşmüş kimi axtarışı aparılan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Avqustun 1-də və 2-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının avqustun 1-də və 2-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 22,3 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 1-də və 2-də ümumi çəkisi 22,3 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Yabanı halda bitmiş 2 ton çəkidə çətənə kolu aşkarlanaraq məhv edilib
Avqustun 1-də və 2-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə kultivasiya yolu ilə yetişdirilmiş 23 ədəd çətənə kolu aşkar olunaraq götürülüb, yabanı halda bitmiş 2 ton çəkidə 1321 ədəd çətənə kolu isə aşkarlanaraq məhv edilib.Bu istiqamətdə tədbirlər davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Avqustun 1-də və 2-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 3 tüfəng, 6 patron darağı və 128 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 48 cinayətin açılması təmin olunub
01.08.2026
Gün ərzində ölkə ərazisində qeydə alınan 56 cinayətin açılması təmin olunub
31.07.2026
İyulun 31-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
İşlədiyi mağazadan oğurluq edən şəxs saxlanıldı
Paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsində oğurluq faktı qeydə alınıb. Zərərçəkən polisə müraciət edərək icarədarı olduğu mağazadan 2169 manat dəyərində məişət əşyalarının naməlum şəraitdə talandığını bildirib.Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı S.Cabbarov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla həmin şəxsin çalışdığı mağazadan hissə-hissə oğurladığı məhsulları satdığı məlum olub.Araşdırmalar davam etdirilir.