Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
20.03.2026
Martın 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 9 tüfəng, 1 patron darağı və 117 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 46 cinayətin açılması təmin olunub
19.03.2026
Martın 19-da ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
İtkin düşmüş kimi axtarışı aparılan 14 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Martın 19-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 14 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının martın 19-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 51,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 19-da ümumi çəkisi 51,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir
Martın 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 15 avtomat silahı, 4 tapança, 2 qumbara, 1 alışdırıcı, 22 tüfəng, 39 patron darağı və 1026 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 85 cinayətin açılması təmin olunub
18.03.2026
Martın 18-də ölkə ərazisində qeydə alınan 76, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Avtoyuma məntəqəsindən avtomobil qaçıran şəxs saxlanılıb
Binəqədi rayonu ərazisində bir nəfər “Honda” markalı avtomobilini avtoyuma məntəqələrindən birinə aparıb, daha sonra geri götürməyə gəldikdə nəqliyyat vasitəsinin qaçırıldığı məlum olub.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin məntəqədə çalışan 43 yaşlı E.Bağırov müəyyən olunaraq avtomobillə birgə saxlanılıb.Araşdırma aparılır.
Sumqayıtda təqaüdçü qadının bank kartını talayan şəxs saxlanılıb
Sumqayıt şəhəri ərazisində yaşlı qadın kartındakı pul vəsaitini çıxarmaq üçün tanımadığı bir şəxsdən köməklik istəyib. Həmin şəxs isə yardım etdikdən sonra qadının kartını gizlicə özündə saxlayıb, əvəzində içərisi boş olan özünəməxsus kartı ona verib. Oğurluqla üzləşdiyini anladıqdan sonra zərərçəkən polisə müraciət edib.Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 40 yaşlı A.Əliyev müəyyən edilərək saxlanılıb.Araşdırma zamanı saxlanılan şəxsin zərərçəkənin kart hesabındakı 218 manatı oğurladığı məlum olub.Araşdırma aparılır.
Paytaxtın iki rayonunda oğurluq edən şəxslər saxlanılıblar
Sabunçu rayonunda oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs rayon ərazisində yerləşən binaların birinə daxil olaraq 2200 manat dəyərində kombi aparatı, akkumulyator, su sayğacı, mühərrik və naqil oğurlayıb.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 40 yaşlı S.Muradov müəyyən edilərək saxlanılıb. Araşdırma zamanı onun taladığı əşyaları metal qəbulu məntəqəsinə satdığı məlum olub.Bundan başqa, Suraxanı rayonu ərazisində yerləşən obyektlərin birindən 2350 manat dəyərində mis boruları oğurlamaqda şübhəli bilinən 29 yaşlı C.Məmmədov da polis əməkdaşları tərəfindən saxlanılıb.Araşdırmalar aparılır.