Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakının 3 rayonunda binaların elektrik paylayıcı qutularından çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb

10.01.2025

Paytaxtın Nizami rayonunda silsilə oğurluqlar qeydə alınıb. Elektrik şəbəkə müəssisələrindən birinin nümayəndəsi polisə müraciət edərək ayrı-ayrı ünvanlarda binaların girişlərində quraşdırılmış enerji paylayıcı qutularından müxtəlif markalı elektrik avadanlıqlarının oğurlanması barədə şikayətini bildirib. Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə talama cinayətlərini törətmiş əvvəllər dəfələrlə məhkum olunan 63 yaşlı Qulam Qulyev saxlanılıb. Onun oğurladığı avadanlıqların bir hissəsi tapılaraq maddi sübut kimi götürülüb. Araşdırmalar zamanı Q.Qulyevin Xətai və Sabunçu rayonlarında da binaların həyətlərində analoji hadisələr törətdiyi müəyyən edilib.
Saxlanılan şəxsin həmin əməlləri təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Youtube linki - https://www.youtube.com/watch?v=0S0OEaiMJx0

 

10.01.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 52 cinayətin açılması təmin olunub 10.01.2025
  • Polis dələduzluq edən iki nəfəri saxlayıb 10.01.2025
  • Nəsimi rayonunda avtomobillərdən oğurluq edən 2 nəfər saxlanılıb 10.01.2025
  • Polis mağazalarda saxta əskinaslarla alış-veriş edən şəxsi saxladı 10.01.2025
  • İtkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 10.01.2025
  • Ümumi çəkisi 12,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 10.01.2025
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 10.01.2025
  • Polis Yasamal rayonunda narkotiklərə qarşı əməliyyatlar keçirib 10.01.2025
  • Bakının 3 rayonunda binaların elektrik paylayıcı qutularından çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb 10.01.2025