Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nəsimi rayonunda oğurluq və soyğunçuluqda şübhəli bilinən 2 nəfər saxlanılıb

09.01.2025

Nəsimi rayonu ərazisində yerləşən mağazaların birindən oğurluq edilməsi və nəticədə zərərçəkənə 1200 manat maddi ziyan vurulması barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 54 yaşlı B.Kazımzadə müəyyən olunaraq saxlanılıb.
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayon ərazisində bir nəfərin mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş R.Orucovun müəyyən olunaraq saxlanılması təmin edilib.
Bundan başqa Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla oğurluq etdiyinə görə tutulmuş A.Cəfərovun rayon ərazisində bir evdən 3000 manat dəyərində naqil və müxtəlif şəxslərə məxsus mobil telefonlar oğurlaması da müəyyən olunub.
Faktlarla bağlı araşdırmalar aparılır.

09.01.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 64 cinayətin açılması təmin olunub 09.01.2025
  • Polis Sabunçu rayonunda quldurluq etməkdə şübhəli bilinən 2 nəfəri saxlayıb 09.01.2025
  • Nəsimi rayonunda oğurluq və soyğunçuluqda şübhəli bilinən 2 nəfər saxlanılıb 09.01.2025
  • Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində yerləşən fermaların birindən 7 baş xırdabuynuzlu heyvan oğurlamaqda şübhəli bilinənlər saxlanılıblar 09.01.2025
  • Sumqayıt şəhəri və Abşeron rayonunda oğurluq edən 3 nəfər saxlanılıb 09.01.2025
  • İtkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 09.01.2025
  • Dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib 09.01.2025
  • Ümumi çəkisi 30 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 09.01.2025
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 09.01.2025