Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Paytaxtda bank kartlarından oğurluq edən şəxslər saxlanılıblar
20.04.2025
Suraxanı rayonu ərazisində iki nəfərin bank kartından pul oğurlanıb. Paytaxt sakini olan iki nəfər bank kartından 578 manatının oğurlanması barədə polisə müraciət ediblər. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən 22 yaşlı qadın və 18 yaşlı N.Babayev müəyyən olunaraq saxlanılıb.Nəsimi rayonunda da bir nəfərin bank kartından 65 manat oğurlamaqda şübhəli bilinən 32 yaşlı A.Əliyev də müəyyən edilərək saxlanılıb.Faktlarla bağlı araşdırma aparılır.
Paytaxtda silah-sursat aşkarlandı
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.Keçirilən növbəti profilaktik tədbirlər nəticəsində Şəki rayon sakini olan bir nəfər 1 ov tüfəngi və 20 ədəd patronu könüllü olaraq polisə təhvil veriblər.
İtkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Aprelin 19-da və 20-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının aprelin 19-da və 20-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 20 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 19-da və 20-də ümumi çəkisi 20 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Aprelin 19-da və 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 9 avtomat silahı, 2 tapança, 3 qumbara, 11 tüfəng, 5 patron darağı və 144 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 30 cinayətin açılması təmin olunub
19.04.2025
Aprelin 19-da ölkə ərazisində qeydə alınan 29, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Satıcıya saxta əskinas verib soyğunçuluq edən şəxs saxlanıldı
Qaradağ rayonu ərazisində yerləşən mağazaların birində soyğunçuluq hadisəsi qeydə alınıb. Belə ki, naməlum şəxs satıcıya 100 manatlıq saxta əskinas verməklə qalıq məbləği götürüb, pulun saxta olduğu aşkarlandıqda isə ona kəsici-deşici alətlə xəsarət yetirərək hadisə yerindən qaçıb.Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı T.Vəliyev müəyyən olunaraq saxlanılıb.Bundan başqa, Nərimanov rayonunda yerləşən köşklərin birindən 200 manat pul vəsaitini oğurlayan 19 yaşlı Ş.Həsənzadə də saxlanılıb.Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 56 cinayətin açılması təmin olunub
18.04.2025
Aprelin 18-də ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.