Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 60 cinayətin açılması təmin olunub
23.04.2025
Aprelin 23-də ölkə ərazisində qeydə alınan 49, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Paytaxtın ayrı-ayrı rayonlarında oğurluq edən 2 şəxs saxlanılıb
Binəqədi rayonu ərazisində yerləşən tikinti şirkətlərinin birindən 476 manat dəyərində 3 ədəd mühərrik oğurlanıb.Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 34 yaşlı B.İsmayılov saxlanılıb.Sabunçu rayonu ərazisində isə evlərin birindən oğurluğa cəhd göstərən əvvəllər məhkum olunmuş 35 yaşlı İ.Məmmədov da saxlanılıb.Araşdırma aparılır.
Polis paytaxtda narkotiklərə qarşı əməliyyatlar keçirib
Paytaxtın Suraxanı və Nərimanov rayonlarında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Tədbirlər zamanı 32 yaşlı E.İsmayılov və əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 40 yaşlı N.Şıxəliyev saxlanılıblar. Onlardan 3 kiloqramdan artıq narkotik vasitə olan marixuana, tiryək, heroin və psixotrop maddə olan metamfetamin aşkarlanıb.Araşdırma aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Aprelin 23-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının aprelin 23-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 19,7 kiloqrama yaxın narkotik vasitə, 37 ədəd psixotrop tərkibli həb və 403 ədəd çətənə kolu aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 23-də ümumi çəkisi 19,7 kiloqrama yaxın narkotik vasitə, 37 ədəd psixotrop tərkibli həb və 403 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Aprelin 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 minaatan, 2 tüfəng, 3 patron darağı və 253 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 69 cinayətin açılması təmin olunub
22.04.2025
Aprelin 22-də ölkə ərazisində qeydə alınan 67, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Dəmir yollarından oğurluq etdilər, polis saxladı
Sumqayıt dəmir yolu stansiyası ərazisində oğurluq hadisəsi baş verib. Naməlum şəxsin alət saxlama otağından metal konstruksiyaların oğurlaması barədə polisə məlumat daxil olub. Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəhər sakini 29 yaşlı R.Üzeyirov saxlanılıb. Analoji hadisə Sabirabad dəmir yolu stansiyası ərazisində də qeydə alınıb.Belə ki, elektrik dirələrinin hissələrini talamaqda şübhəli bilinən paytaxt sakinləri 24 yaşlı A.Yüzbaşev və 49 yaşlı Ş.Kamalov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.Faktlarla bağlı araşdırma aparılır.
Qaçırdığı motosikletlə hərəkətdə olan şəxsi polis saxladı
Xəzər rayonu Buzovna qəsəbəsinin ərazisində “Yamaha” markalı motosikletin qaçırılması barədə polisə məlumat daxil olub.