Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Avtomobilində 8 kq narkotik vasitə daşıyan şəxslər saxlanılıb
30.04.2025
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə tədbirləri davam etdirilir. Daxil olan məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 25 yaşlı B.Ağayev və 30 yaşlı A.Əliyev saxlanılıb. Paytaxtın Binəqədi rayonunda içərisində sərnişin də olan “Toyota” markalı avtomobilə baxış zamanı 8 kiloqrama yaxın narkotik vasitə marixuana aşkarlanaraq götürülüb. Araşdırma aparılır.
Paytaxtda oğurluq edənlər saxlanılıb
Paytaxtın Xətai rayonunda yerləşən evlərin birindən 7400 manat dəyərində qızıl-zinət əşyası, 70 manat və 900 dollar pul oğurlanması barədə ərazi üzrə polis orqanına məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 38 yaşlı R.Bağıyev müəyyən olunaraq saxlanılıb. Səbail rayonunda bir nəfərin bank kartını və 300 manatını talamaqda şübhəli bilinən qadın polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Faktlarla bağlı araşdırma aparılır.
Binəqədi rayonunda silah-sursat aşkarlanıb
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir. Polis əməkdaşçlarının keçirdikləri tədbirlər nəticəsində Binəqədi rayonu ərazisində 1 avtomat silahı və 5 ədəd patron tapılıb. Araşdırma aparılır.
Qaradağ polisindən əməliyyatlar: narkotik satıcısı saxlanılıb, odlu silahlar təhvil götürülüb
Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyat zamanı 65 yaşlı Nəsirulla Həbiyev saxlanılıb. Onun üzərindən və yaşadığı evdən 27 bükümdə satış üçün qablaşdırılan külli miqdarda tiryək, marixuana və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. O, ifadəsində maddi qazanc əldə etmək üçün narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.Qaradağ rayonunda odlu silah-sursatla bağlı aparılan profilaktik tədbirlər də müsbət nəticə verməkdədir. Belə ki, vətəndaşlar tərəfindən son 2 gündə 8 ədəd avtomat silahı və tapança könüllü olaraq polisə təhvil verilib.Qaradağ rayonunda qeyd edilən istiqamətdə tədbirlər davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 37 cinayətin açılması təmin olunub
29.04.2025
Aprelin 29-da ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının aprelin 29-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 8,4 kiloqramdan artıq narkotik vasitə və 230 ədəd çətənə kolu aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 29-da ümumi çəkisi 8,4 kiloqramdan artıq narkotik vasitə və 230 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Aprelin 29-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 1 pulemyot, 1 tapança, 69 ədəd mərmi və 5 ədəd patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 44 cinayətin açılması təmin olunub
28.04.2025
Aprelin 28-də ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Qaradağ rayonunda silah-sursat aşkarlanıb
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Qaradağ rayonu ərazisində 1 tapança, 2 patron darağı və 2 ədəd patron tapılaraq götürülüb.Araşdırma aparılır.