Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 91 cinayətin açılması təmin olunub
06.05.2025
Nəsimi rayonunda mobil telefon oğurlayan şəxslər saxlanılıblar
Nəsimi rayonu ərazisində 2 nəfər polisə müraciət edərək mobil telefonlarının oğurlandığını bildiriblər.Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətmiş 49 yaşlı A.Əzimov və 34 yaşlı R.Əsədov saxlanılıblar.Bundan başqa, rayon ərazisində bir nəfərin geyim mağazasından müxtəlif əşyalar, eləcə də pul oğurlayan 33 yaşlı V.Talıbov və 41 yaşlı O.Qasımov da tutulublar.Araşdırma aparılır.
Paytaxtda oğurluq edənlər saxlanılıb
Səbail rayonunda yerləşən evlərin birindən oğurluq edilib. Paytaxt sakini olan qadın polisə müraciət edərək yaşadığı evdən çantasından içərisində 1640 manat pul və 4800 manat dəyərində qızıl-zinət əşyasının oğurlanmasını bildirib. Daxil olmuş müraciət əsasında keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 20 yaşlı qadın müəyyən olunaraq saxlanılıb. Qaradağ rayonu ərazisindən isə 1000 manat dəyərində təmir alətlərinin talanayan əvvəllər dəfələrlə məhkum olunmuş 51 yaşlı Z.Qubadov müəyyən edilərək saxlanılıb. Faktlarla bağlı araşdırma aparılır.
Bakıda silah-sursat aşkarlandı
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam edir.Keçirilən tədbirlərlə Sabunçu və Binəqədi rayonları ərazisindən 1 avtomat silahı, 1 tapança və 9 ədəd patron tapılaraq götürülüb. Araşdırma aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan şəxslər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Mayın 6-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan şəxslər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının mayın 6-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Əməliyyat tədbirləri ilə narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 6-da ümumi çəkisi 9,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.Mayın 6-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 2 tüfəng, 2 patron darağı və 8 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 40 cinayətin açılması təmin olunub
05.05.2025
Mayın 5-də ölkə ərazisində qeydə alınan 25, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
İtkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Mayın 5-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.