Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılaraq istintaqa təhvil verilib
19.05.2025
Polis əməkdaşlarının mayın 19-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 29,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 19-da ümumi çəkisi 29,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 25,6 kiloqramdan artıq marixuana, 2 kiloqrama yaxın metamfetamin, 1 kiloqrama yaxın tiryək, 650 qram heroin və 12 ədəd çətənə kolu olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Mayın 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 5 tüfəng və 8 ədəd patron aşkar edərək götürüblər.
Paytaxtda soyğunçuluq edən şəxs saxlanılıb
Sabunçu rayonu ərazisində talama cinayəti qeydə alınıb. Əlvan metalların alqı-satqısı ilə məşğul olan bir nəfərə naməlum şəxs yaxınlaşıb zor tətbiq etməklə pulunu ələ keçirib.Sabunçu RPİ 13-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə təqsirli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 39 yaşlı Rabil Quliyev müəyyən edilərək tutulub.Saxlanılan şəxsin üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin də aşkarlanaraq götürülüb. R.Quliyev ifadəsində narkotik vasitə aludəçisi olduğunu etiraf edib.Faktla bağlı araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 55 cinayətin açılması təmin olunub
18.05.2025
Mayın 18-də ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bank kartından oğurluq edən şəxs saxlanılıb
Binəqədi rayonunda bir nəfərin itirdiyi bank kartından 448 manat oğurlanıb.Məsələ ilə bağlı Binəqədi RPİ 6-cı Polis Bölməsinə daxil olmuş müraciət əsasında keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 24 yaşlı R.Talıbov müəyyən edilərək saxlanılıb.Araşdırma aparılır.
Paytaxtın müxtəlif rayonlarında silah-sursat aşkarlandı
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində işlər davam etdirilir.Keçirilən növbəti tədbirlər nəticəsində Suraxanı rayonu ərazisində 1 tüfəng, 1 qumbara və 17 patron tapılaraq götürülüb. Nəsimi rayonunda yaşayan bir nəfər isə 1 avtomat silahı və 7 patronu polisə könüllü təhvil verib.Bundan başqa, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında Nizami rayonu ərazisində keçirdikləri tədbir nəticəsində əvvəllər məhkum olunmuş 32 yaşlı Ə.Allahverdiyev saxlanılıb. Onun idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı 1 tüfəng aşkarlanıb.Araşdırmalar aparılır.
Sabunçu rayonunda soyğunçuluq edən şəxs saxlanılıb
Sabunçu rayonu ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb.Naməlum şəxs yeniyetməyə zor tətbiq edərək ondan pul alıb. Sabunçu RPİ 13-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 39 yaşlı H.Quliyev müəyyən edilərək saxlanılıb.Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan metamfetamin müəyyən olunaraq götürülüb.Araşdırma aparılır.
Xətai rayonunda oğurluq edən 3 şəxs saxlanılıb
Xətai rayonu ərazisində yerləşən bir evin girişindən 850 manat dəyərində velosiped oğurlanıb.Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətmiş, əvvəllər məhkum olunmuş 36 yaşlı R.Əliyev saxlanılıb. Aparılan araşdırmalarla müəyyən olunub ki, saxlanılan şəxs eyni gündə rayon ərazisindəki digər bir evin girişindən 865 manat dəyərində skuter də oğurlayıb.Bundan başqa, rayon ərazisində daha bir evdən oğurluq hadisəsi qeydə alınıb. Keçirilən tədbirlər nəticəsində 950 manat dəyərində təmir alətləri oğurlamış 24 yaşlı T.Mehdiyev və əvvəllər məhkum olunmuş 40 yaşlı A.Həsənov da saxlanılıblar.Araşdırmalar aparılır.
Sumqayıtda dələduzluqla 92 min manat maddi vəsait ələ keçirən şəxs saxlanılıb
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara külli miqdarda maddi ziyan vuran 35 yaşlı G.Güləliyev saxlanılıb.O, topdan mobil telefon satmaq adı ilə yalan vədlər verərək həmin şəxslərin ümumilikdə 92 min manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirib.Bundan başqa, şəhər sakini olan daha bir nəfər də polisə müraciət edərək dələduzluqla üzləşdiyini bildirib. Keçirilən tədbirlərlə zərərçəkənə 10 min manat maddi ziyan vurmuş 40 yaşlı R.Aslanov da saxlanılıb.Araşdırmalar aparılır.