Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Paytaxtın müxtəlif rayonlarında oğurluq edənlər saxlanılıblar
16.05.2025
Sabunçu rayonu ərazisində ayrı-ayrı 2 vətəndaşın yaşadıqları evlərdən naqil və təmir alətləri oğurlanıb. Nəticədə zərərçəkənlərə 2 min manata yaxın maddi ziyan vurulub.Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətmiş 32 yaşlı O.Həsənzadə saxlanılıb.Yasamal rayonunda isə bir evdən 3500 manat dəyərində qızıl-zinət əşyası oğurlamış əvvəllər dəfələrlə məhkum olunmuş 51 yaşlı A.Şahverdiyeva saxlanılıb.Araşdırma aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Mayın 16-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının mayın 16-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 13 kiloqrama yaxın narkotik vasitə və 132 ədəd çətənə kolu aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 16-da ümumi çəkisi 13 kiloqrama yaxın narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 132 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Mayın 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı və 6 tüfəng aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 71 cinayətin açılması təmin olunub
15.05.2025
Mayın 15-də ölkə ərazisində qeydə alınan 59, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Paytaxtda mobil telefon oğruları saxlanılıb
Paytaxtın Nəsimi rayonunda müxtəlif şəxslərə məxsus mobil telefonlar oğurlanıb. Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 39 yaşlı R.Şahsuvarov, 31 yaşlı Ü.Abbaslı və bir qadın saxlanılıblar.Binəqədi rayonunda avtoyuma məntəqələrinin birindən isə 300 manat pul və mobil telefon oğurlayan 28 yaşlı H.Hüseynzadə saxlanılıb.Faktlarla bağlı araşdırma aparılır.
Xəzər rayonunda silsilə oğurluqlar edən şəxs saxlanılıb
Xəzər rayonu ərazisində ayrı-ayrı 3 vətəndaşa məxsus yaşayış sahələrindən elektrik naqilləri, təmir, təsərrüfat alətləri oğurlanıb və nəticədə zərərçəkənlərə 2200 manatdan artıq maddi zərər vurulub.Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətmiş 47 yaşlı R.Sadıqov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Bakı və Sumqayıt şəhərlərində silah-sursat aşkarlandı
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində işlər davam etdirilir.Növbəti profilaktik tədbirlər nəticəsində Nəsimi və Yasamal rayonlarında 4 paytaxt sakini 4 avtomat silahı və 43 patronu, həmçinin Sumqayıt şəhər sakini olan bir nəfər tapdığı tapançanı könüllü polisə təhvil verib.Araşdırmalar aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Mayın 15-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.