Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
İtkin düşmüş kimi axtarışı aparılan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
01.08.2025
Avqustun 1-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının avqustun 1-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 32 kiloqramdan artıq narkotik vasitə götürülüb, yabanı halda bitmiş 1,9 tona yaxın çəkidə 4876 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 1-də ümumi çəkisi 32 kiloqramdan artıq narkotik vasitə götürülüb, yabanı halda bitmiş 1,9 tona yaxın çəkidə 4876 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Avqustun 1-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 5 tüfəng, 18 ədəd süngü-bıçaq, 323 patron darağı və 11511 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Sabunçu rayonunda nəqliyyat vasitəsini qəsdən yandıran şəxslər saxlanılıblar
İyulun 27-də Sabunçu rayonu ərazisində paytaxt sakininə məxsus “VAZ-2109” markalı avtomobilin yanması barədə polisə məlumat daxil olub.Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobilin qəsdən yandırılması müəyyən olunub. Həmin əməli törətməkdə şübhəli bilinən Məmməd Cabarov və əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş Ruslan Xəmmədov saxlanılıblar.Onlar ifadələrində nəqliyyat vasitəsini qaçırmaq istədiklərini, lakin niyyətlərinin baş tutmadığını görüb, avtomobili qəsdən yandırdıqlarını bildiriblər.Faktla bağlı araşdırma aparılır.Hadisə anının görüntüləri : Youtube linki - https://www.youtube.com/watch?v=Y2w1HHg8y44
Gün ərzində ölkə ərazisində qeydə alınan 40 cinayətin açılması təmin olunub
31.07.2025
İtkin düşmüş kimi axtarışı aparılan şəxslər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Dələduzluğa görə axtarışda olan şəxslər saxlanılaraq istintaqa təhvil verilib
Əməliyyat tədbirləri ilə narkotik vasitələr aşkar olunaraq məhv edilib
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.İyulun 31-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 2 tapança, 8 tüfəng, 15 patron darağı və 1054 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.