Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ümumi çəkisi 1 kiloqramdan artıq narkotik vasitə və 22 ədəd çətənə kolu aşkar olunaraq götürülüb
27.04.2025
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 26-da və 27-də ümumi çəkisi 1 kiloqramdan artıq narkotik vasitə və 22 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Aprelin 26-da və 27-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 7 qumbara, 4 alışdırıcı, 4 tüfəng 859 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 42 cinayətin açılması təmin olunub
26.04.2025
Aprelin 26-da ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olan şəxsdən narkotik vasitə aşkarlandı
Paytaxtın Sabunçu rayonu ərazisində bir nəfərdə narkotik vasitə olması barədə polisə əməliyyat məlumatı daxil olub.Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə 32 yaşlı Y.Məmmədli saxlanılıb. Onun üzərinə baxış zamanı 1 kiloqrama yaxın narkotik vasitə olan marixuana, kokain və psixotrop maddə olan metamfetamin, preqabalin və metadon həbi aşkarlanaraq götürülüb. Araşdırmalarla saxlanılan şəxsin narkotiklərlə əlaqəli cinayətə görə axtarışda olması da məlum olub.
Soyğunçuluq edən şəxsi polis saxladı
Paytaxtın Səbail rayonunda talama cinayəti qeydə alınıb. Rayonun Nizami küçəsində yaşayan qadının mobil telefonu soyğunçuluq yolu ilə ələ keçirilib.Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlərilə cinayət əməlini törətməkdə təqsirli bilinən 37 yaşlı E.Carçıyev saxlanılıb. Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 52 cinayətin açılması təmin olunub
25.04.2025
Aprelin 25-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Dəmir yolu stansiyasında silah-sursat aşkarlanıb
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.Polis əməkdaşlarının keçirdikləri növbəti tədbir nəticəsində İmişli rayonu ərazisində yerləşən dəmir yolu stansiyalarının birində 1 tapança və 407 ədəd müxtəlif çaplı patron tapılaraq götürülüb.Araşdırma aparılır.
Polis Xəzər rayonu ərazisində silsilə oğurluqlar edən şəxsi saxladı
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.Daxil olan məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində 30 yaşlı C.Təhməzov saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin aşkarlanıb.Aparılan araşdırmalarla müəyyən olunub ki, saxlanılan şəxs Xəzər rayonu ərazisində yerləşən 3 evdən və bir nəfərə məxsus torpaq sahəsindən oğurluqlar edib, nəticədə zərərçəkənlərə ümumilikdə 7150 manat maddi zərər vurub.Bundan başqa, Nizami rayonu ərazisində bir nəfərə məxsus “Hyundai” markalı avtomobildən 3000 manat pul vəsaiti oğurlamış, əvvəllər məhkum olunmuş 25 yaşlı Ə.Zeynalov da saxlanılıb.Araşdırmalar aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Aprelin 25-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının aprelin 25-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib.