Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Keçmiş məhkumlardan narkotik vasitə aşkarlanıb
24.05.2025
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir. Daxil olan əməliyyat məlumatları əsasında polis əməkdaşlarının Sumqayıt şəhəri və Xətai rayonlarında həyata keçirdikləri tədbirlər nəticəsində əvvəllər məhkum olunmuşlar - 32 yaşlı E.Bayramov və 45 yaşlı S.Əkbərov saxlanılıblar. Onlardan 1 kiloqramdan artıq narkotik vasitə və 50 psixotrop tərkibli həb aşkarlanıb.Araşdırma aparılır.
Paytaxtın müxtəlif rayonlarında silah-sursat aşkarlandı
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində işlər davam etdirilir.Keçirilən növbəti tədbirlər nəticəsində paytaxtın Qaradağ və Nəsimi rayonlarında 1 avtomat silahı, 1 patron darağı və 1 mərmi tapılaraq götürülüb. Həmçinin 3 nəfər 2 avtomat silahı, 1 tapança, 1 patron darağı və 28 patronu polisə könüllü təhvil verib.Araşdırmalar aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 63 cinayətin açılması təmin olunub
23.05.2025
İtkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Mayın 23-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan şəxslər saxlanılaraq istintaqa təhvil verilib
Əməliyyat tədbirləri ilə narkotik vasitələr aşkar olunaraq götürülüb
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.Mayın 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 3 tapança, 3 tüfəng, 8 patron darağı və 262 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 79 cinayətin açılması təmin olunub
22.05.2025
Mayın 22-də ölkə ərazisində qeydə alınan 78, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
İtkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Mayın 22-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının mayın 22-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib.