Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 31 cinayətin açılması təmin olunub
10.11.2025
Paytaxtda oğurluq edənlər saxlanılıblar
Noyabrın 8-də Səbail rayonunda marketlərin birindən oğurluq edilib. Zərərçəkən polisə müraciət edərək içərəisində 1300 manat, 200 dollar, mobil telefon və sənədlər olan pul kisəsinin talanmasını bildirib. Səbail RPİ 9-cu Polis Bölmədi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş 47 yaşlı R.Quliyev müəyyən olunaraq saxlanılıb.Sabunçu rayonunda isə evlərin birindən 4000 manat, həmçinin rayon ərazisindəki mağazadan 300 manat talamaqda şübhəli bilinən 35 yaşlı T.Hacıyev və bir nəfər qadın da polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar.Faktlarla bağlı araşdırmalar davam etdirilir.
İtkin düşmüş kimi axtarışı aparılan 2 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Noyabrın 10-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 2 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının noyabrın 10-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Noyabrın 10-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 tüfəng aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 26 cinayətin açılması təmin olunub
09.11.2025
Vətəndaşları aldadaraq 37 min manat ələ keçirən şəxs saxlanılıb
Ayrı-ayrı vətəndaşların dələduzluqla üzləşməsi və onlara ümumilikdə 37 min manatdan çox maddi zərər vurulması ilə bağlı polisə müraciətlər daxil olub.Polis əməkdaşları tərəfindən dələduzluq əməllərini törətməkdə şübhəli bilinən 24 yaşlı F.Baxışov müəyyən olunaraq saxlanılıb.Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Suraxanı rayonunda oğurluq edən şəxs saxlanılıb
Suraxanı rayonunda oğurluq hadisəsi qeydə alınıb. Belə ki, rayon ərazisində yerləşən çay evlərinin birindən 2000 manat dəyərində məişət əşyaları oğurlanıb.Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 30 yaşlı X.Abdullayev müəyyən olunaraq saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanıb.Araşdırma aparılır.
Paytaxt ərazisində oğurluq və soyğunçuluq edən 2 şəxs saxlanılıb
Nərimanov rayonu ərazisində yerləşən restoranların birində bir nəfərin çantasından 500 manat pul oğurlanıb.Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 21 yaşlı S.Şahverdiyeva müəyyən olunaraq saxlanılıb.Nizami rayonu ərazisində qeydə alınan soyğunçuluq hadisəsi zamanı isə bir nəfərin 450 manatını və mobil telefonunu talamaqda şübhəli bilinən 34 yaşlı A.Ağayev də polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalar aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 14 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Noyabrın 8-də və 9-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 14 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.