Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
İtkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
09.09.2025
Sentyabrın 9-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının sentyabrın 9-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 13 kiloqramdan artıq narkotik vasitə götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 9-da ümumi çəkisi 13 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 67 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Sentyabrın 9-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 3 tapança 6 tüfəng və 4 ədəd patron aşkar edərək götürüblər.
Sumqayıtda avtoxuliqanlıq edib sosial şəbəkələrdə yayan şəxslər həbs edildi
Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən ictimai asayişi nümayişkəranə şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri edən şəxslər saxlanılıblar. Profilaktik tədbirlər zamanı müəyyən olunan şəhər sakinləri - 27 yaşlı Orxan Məmmədov və həmyaşıdı Nahid Aslanovun avtomobil idarə edən zaman piyada, elə də digər yol hərəkəti iştirakçılarının həyatına ciddi təhlükə yaratdıqları və bunu sosial şəbəkələrdə paylaşdıqları üçün Polis Şöbəsinə gətiriliblər.
DİN BNMİ əməliyyat keçirib 60 kq narkotik vasitə aşkarlanıb
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilib Bakı şəhərində dövriyəsinin qarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir. Nərimanov rayonunda keçirilən tədbir zamanı 48 yaşlı Mahir Məhərrəmov qeyd edilən cinayət əməlində şübhəli bilindiyi üçün saxlanılıb. Ondan 60 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.M.Məhərrəmov cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə narkotiklərin daşımasını taksi fəaliyyəti ilə məşğul olan şəxslərdən istifadə edərək təşkil edib. Əməliyyat-texniki tədbirlərlə onun ayrı-ayrı vaxtlarda İran vətəndaşları ilə əlbir olub ölkə ərazisində narkotik vasitələrin yayılmasını təşkil etdiyi sübuta yetirilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 49 cinayətin açılması təmin olunub
08.09.2025
Nərimanov və Nizami rayonlarında oğurluq edən şəxslər saxlanılıb
Paytaxtın Nərimanov rayonunda yerləşən evlərin birindən oğurluq edilib. Zərərçəkən şəxs yaşadığı mənzildən 9500 manatın naməlum şəraitdə talanması barədə polisə məlumat verib. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 40 yaşlı G.Xəziyeva müəyyən olunaraq saxlanılıb.Daha bir oğurluq hadisəsi isə paytaxtın Nizami rayonunda qeydə alınıb. Rayon ərazisində yerləşən qazanxanaların birindən 500 manat dəyərində əlvan metal qurğuları oğurlamaqda şübhəli bilinən 29 yaşlı R.Nəsibli, 25 yaşlı İ.Əhmədov, həmyaşıdı Y.Ağayev və 20 yaşlı A.Əliyev polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar.Faktlarla bağlı araşdırma aparılır.
Polis paytaxtda talama cinayətləri törədən şəxsləri saxlayıb
Paytaxtın Nərimanov rayonunda iki nəfər polisə müraciət edərək içərisində 1600 manat və qızıl-zinət əşyaları olan çantalarının talanması barədə məlumat veriblər.Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Ş.Hüseynov və L.Əliyeva müəyyən olunaraq saxlanılıblar.Analoji hadisə Nizami rayonunda da olub. Rayon ərazisindəki ticarət mərkəzlərinin birində çalışan satıcının içərisində pul, qızıl-zinət əşyası, bank kartı və sənədlər olan çantanı talamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 59 yaşlı Z.Bayramova da polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.Araşdırmalar davam etdirilir.
İtkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Sentyabrın 8-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.