Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ümumi çəkisi 38,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
16.09.2025
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 16-da ümumi çəkisi 38,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Sentyabrın 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 tapança, 9 qumbara, 5 alışdırıcı, 14 tüfəng, 1 patron darağı və 895 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 27 cinayətin açılması təmin olunub
15.09.2025
Xətai rayonunda evdən 15 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb
Paytaxtın Xətai rayonunda evlərin birindən oğurluq olub. Rayon sakini polisə müraciət edərək yaşadığı evdən 15000 manat dəyərində qızıl-zinət əşyalarının talanmasını bildirib. Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş 44 yaşlı Ə.Göyüşov müəyyən olunaraq saxlanılıb.Rayon ərazisində bir nəfərə məxsus 1800 manat dəyərində skuter oğurlamaqda şübhəli bilinən N.Abdullayev də ərazi polis əməkdaşları tərəfindən saxlanılıb. Hər iki faktla bağlı araşdırma aparılır.
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Nəsimi rayonunda şirkətlərdən birinə məxsus olan yük avtomobilindən oğurluq olub. Zərərçəkən şəxs polisə müraciət edərək nəqliyyat vasitəsindən 3200 manat dəyərində müxtəlif markalı istehlak mallarının oğurlandığını bildirib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 29 yaşlı M.Səfərov müəyyən edilərək saxlanılıb.Rayon ərazisindəki kafelərin birindən isə paytaxt sakininə məxsus içərisində 300 manat və sənədlər olan çantanı talamaqda şübhəli bilinən 50 yaşlı K.Şükürov da polis tərəfindən saxlanılıb.Faktlarla bağlı araşdırma aparılır.
Paytaxtda motosiklet qaçıran şəxs saxlanılıb
Binəqədi rayonunda bir nəfərə məxsus dəyəri 2000 manat olan motosikletin oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən üç nəfər- 28 yaşlı R.Rzayev, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 40 yaşlı M.Cəfərov saxlanılıblar.Qaradağ rayonu Lökbatan qəsəbəsindəki evlərin birindən isə mobil telefon, şəxsiyyət vəsiqəsi və iki ədəd bank kartından 2200 manat pul oğurlamaqda şübhəli bilinən 26 yaşlı N.Allahverdiyev də polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.Araşdırmalar davam etdirilir.
İtkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Sentyabrın 15-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının sentyabrın 15-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 18,8 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 15-də ümumi çəkisi 18,8 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Sentyabrın 15-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 5 tapança, 8 qumbara, 1 alışdırıcı, 1 tüfəng, 25 patron darağı və 2217 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.