Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 32 cinayətin açılması təmin olunub
06.09.2025
Gün ərzində ölkə ərazisində qeydə alınan 65 cinayətin açılması təmin olunub
05.09.2025
Sentyabrın 5-də ölkə ərazisində qeydə alınan 65 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Xətai rayonunda avtoxuliqanlıq və narkotik maddələr qəbul edən sürücülər həbs olunublar
Xətai RPİ Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədi ilə profilaktik tədbir keçiriblər. Nəticədə idarə etdiyi nəqliyyat vasitəsi ilə avtoxuliqanlıq edən sürücü Cavid Vəliyev, nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə edən Sadıx Rzayev və avtomobilin konstruksiyasında dəyişiklik edərək sükan arxasında əyləşən daha bir sürücü saxlanılıb. C.Vəliyev və S.Rzayev barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxsin sürücülük vəsiqəsi müvafiq olaraq 1 və 2 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs olunublar. Digər sürücü barəsində isə protokol tərtib edilib və avtomobildə olan konstruksiya dəyişikliyi aradan qaldırılıb.
DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi paytaxt və bölgələrdə xüsusi əməliyyatlar keçirib
DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi vətəndaşların qanuni mənafelərinin qorunması, paytaxt və bölgələrdə kriminogen duruma nəzarət, o cümlədən qanunsuz olaraq odlu silah-sursatın əldə edilib saxlanılması, habelə narkotik vasitə və psixotrop maddələrin qeyri-leqal dövriyyəsinin qarşının alınması istiqamətində silsilə əməliyyatlar keçirib. Tədbirlər zamanı cinayət törətməyə meyilli, o cümlədən kriminal həyat tərzinin təbliği ilə məşğul olan, ayrı-ayrı şəxslərdən hədə-qorxu ilə pul tələb edən və odlu silah-sursat saxlayan 20-dən artıq şəxs saxlanılıb. Onlardan xeyli sayda “Kalaşnikov” avtomatı, “Makarov” və digər markadan olan tapançalar, habelə müxtəlif çaplı patronlar aşkarlanıb. Həmçinin, Baş İdarə əməkdaşları tərəfindən vətəndaşların narkotiklərin ziyanlı nəticələrindən qorunması, həmin vasitələrin daşınmasının qarşısının alınması, bu işin sərhədyanı bölgələrdə daha da gücləndirilməsi və xüsusən paytaxt ərazisində satışının qarşısının alınması məqsədi ilə də əməliyyatlar həyata keçirilib. Sonucu əməliyyatlar zamanı ümumilikdə 142 kiloqram müxtəlif adda narkotik vasitə qeyri-leqal dövriyyədən çıxarılıb, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 mütəşəkkil dəstənin üzvləri, habelə qeyd edilən cinayətlərdə təqsirli bilinən 7 şəxs saxlanılıb. Narkotiklərlə əlaqəli başlanan 10 cinayət işi üzrə zəruri istintaq hərəkətləri aparılır.Baş idarənin əməkdaşları tərəfindən qeyd edilən istiqamətlə qanunsuz əməllərə yol verən digər şəxslərin də dairəsinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
İtkin düşmüş kimi axtarışı aparılan 14 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Sentyabrın 5-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 14 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının sentyabrın 5-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 29,2 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 8 ədəd çətənə kolu götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 5-də ümumi çəkisi 29,2 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 8 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 1,5 tondan artıq çəkidə 903 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Sentyabrın 5-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı və 4 tüfəng aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 48 cinayətin açılması təmin olunub
04.09.2025
Evdən 16000 manatlıq qızıl oğurlayan şəxs saxlanıldı
Nərimanov rayonunda oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs paytaxt sakini olan bir nəfərin evindən 16 min manat dəyərində qızıl-zinət əşyalarını talayıb.Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirilə cinayət əməlini törətməkdə şübhəli bilinən 27 yaşlı M.Muradova saxlanılıb. Nəsimi rayonunda polisin keçirdiyi tədbir zamanı isə kafelərin birindən mobil telefon oğurlamaqda şübhəli bilinən 23 yaşlı A.Umudova da tutulub.Araşdırmalar davam etdirilir.