Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
İtkin düşmüş kimi axtarışı aparılan 11 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
07.10.2025
Oktyabrın 7-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 11 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 2 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının oktyabrın 7-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 2 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 5 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oktyabrın 7-də ümumi çəkisi 5 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Oktyabrın 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 2 tapança, 1 qumbara, 2 alışdırıcı, 3 tüfəng, 5 patron darağı və 120 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
DİN III MDB Oyunlarında sutkalıq xidmət tətbiq edib
III MDB Oyunları zamanı idmançıların və nümayəndə heyətlərinin rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən zəruri tədbirlər görülüb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 39 cinayətin açılması təmin olunub
06.10.2025
Nəsimi və Nizami rayonlarında dələduzluq edən şəxslər saxlanılıblar
Nəsimi və Nizami rayonları ərazisində naməlum şəxslər üç nəfər paytaxt sakinini aldadaraq ümumilikdə 28350 manatlarını ələ keçirib.Vətəndaşların polisə müraciətləri əsasında keçirilən tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı V.Yadullayev, 38 yaşlı R.Musayev və əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 52 yaşlı N.Vəliyeva müəyyən olunaraq saxlanılıblar.Hər üç faktla bağlı araşdırma aparılır.
Abşeron və Nizami rayonlarında oğurluq edənlər saxlanılıblar
Abşeron rayonunda yerləşən evlərin birindən, həmçinin rayon ərazisindəki əlvan metal qəbulu məntəqəsindən oğurluq hadisələri qeydə alınıb. Zərərçəkən şəxslər aidiyyəti üzrə müraciət edərək 4000 manat dəyərində qızıl-zinət və əlvan metal əşyalarının talanmasını bildiriblər. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə 27 yaşlı U.Cəbiyev və 28 yaşlı B.Ənvərli şübhəli şəxs qismində saxlanılıblar.
İtkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Oktyabrın 6-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 1 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının oktyabrın 6-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 1 nəfər saxlanılaraq istintaqa təhvil verilib.