Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Dələduzluğa görə axtarışda olan 18 nəfər saxlanılaraq istintaqa təhvil verilib
26.11.2025
Polis əməkdaşlarının noyabrın 26-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 18 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 4,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə noyabrın 26-da ümumi çəkisi 4,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Noyabrın 26-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı və 9 tüfəng şkar edərək götürüblər.
Binəqədi marketdə bıçaqla quldurluq edən şəxs saxlanılıb
Paytaxtın Binəqədi rayonunda yerləşən marketlərin birində quldurluq hadisəsi baş verib. Naməlum şəxslər gecə saatlarında orada çalışan satıcını kəsici-deşici alətlə hədələyərək tütün və kosmetik məhsulları talayıblar. Bu barədə zərərçəkən tərəf polisə məlumat verib.Binəqədi RPİ-nin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş şəxslər - 40 yaşlı Elnur Qələndərov, 32 yaşlı Mühəmməd Rəhimov və 30 yaşlı Ağaxan Xankişiyev müəyyən olunaraq saxlanılıblar. Həmin şəxslərin marketə gəliş-gedişi, tütün və kosmetik məhsulları talaması təhlükəsizlik kameraları vasitəsilə də görüntülənib.Faktla bağlı araşdırmalar davam edir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 33 cinayətin açılması təmin olunub
25.11.2025
Polis Sumqayıtda ev və maşınlardan oğurluqlar edən şəxsləri saxladı
Sumqayıt şəhərində talama cinayətləri baş verib. Naməlum şəxslər gecə saatlarında vətəndaşların birinin evindən içərisində sənəd və bank kartları olan pul kisəsini, digər iki zərərçəkmişin avtomobillərindən isə planşet, maqnitofon və səsgücləndiricilər oğurlayıblar. Bu barədə polisə məlumat verilib.Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə cinayət əməllərini törətməkdə şübhəli bilinən 42 yaşlı Ş.İsbatov, 21 yaşlı İ.Məlikov və 45 yaşlı E.Əvəzov saxlanılıblar.Hər üç fakt üzrə araşdırmalar aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Noyabrın 25-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının noyabrın 25-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 13,4 kiloqrama yaxın narkotik vasitə və 100 ədəd psixotrop tərkibli həb götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə noyabrın 25-də ümumi çəkisi 13,4 kiloqrama yaxın narkotik vasitə və 100 ədəd psixotrop tərkibli həb aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Noyabrın 25-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 2 qumbara, 2 alışdırıcı və 9 tüfəng aşkar edərək götürüblər.