Gün ərzində ölkə ərazisində qeydə alınan 29 cinayətin açılması təmin olunub
20.12.2025Dekabrın 20-də ölkə ərazisində qeydə alınan 24, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 71, o cümlədən borclu şəxs qismində axtarışda olan 58 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.