Binəqədi rayonunda oğurluq edənlər saxlanılıb
21.12.2025Binəqədi rayonu ərazisində obyektlərin birindən 800 manat, yarımtikilidən isə 1800 manat dəyərində kombi aparatı və su mühərrikinin talanması barədə ərazi polis orqanına məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Z.Paşayev və əvvələr narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş R.Talıbov müəyyən edilərək saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.