Cəlilabad rayonunun Günəşli kəndi ərazisində “Mercedes” markalı mikroavtobus aşmışdır
13.03.2021Martın 13-də saat 6 radələrində Cəlilabad rayonunun Günəşli kəndi ərazisində Astara rayon sakini F.Əzimov idarə etdiyi “Mercedes” markalı mikroavtobusu aşırmışdır. Nəticədə avtomobildəki sərnişinlərdən biri – N.Süleymanov hadisə yerində ölmüş, digər iki sərnişin xəstəxanaya yerləşdirilmişdir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.