Ağdam rayon sakini Ə.Nuriyevin mobil telefonunu və çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
13.03.2021Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 8-də Ağdam rayon sakini Ə.Nuriyevin mobil telefonunu və içərisində 280 manat pul olan çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Lerik rayon sakini R.Əzimov və Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş T.Əliyev saxlanılmışlar.