Yasamal rayonu ərazisində piyadanın xəsarət alması ilə nəticələnən YNH-ni törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən sürücü saxlanılmışdır
13.03.2021Martın 12-də saat 15 radələrində Yasamal rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini N.Dadaşova vurulmuş və piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.
Yasamal RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək oradan yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Sumqayıt şəhər sakini C.Cəfərov müəyyən edilərək saxlanılmışdır.