Sumqayıt şəhər ərazisində 12 mənzildən və “Milli Ön” ödəmə terminalından oğurluq etməkdə şübhəli bilinən Corat qəsəbə sakini B.Mirzəyev saxlanılmışdır
13.03.2021Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda şəhər ərazisində 12 mənzildən elektrik naqili, təmir-tikinti alətləri, inşaat materialları və məişət əşyaları, habelə “Milli Ön” ödəmə terminalından 2500 manat pul oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş B.Mirzəyev saxlanılmışdır.