Dəliməmmədli şəhəri ərazisində “KamAZ” markalı iki avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Kəlbəcər rayon sakinləri O.Məmmədzadə və S.Qasımzadə saxlanılmışlar
13.03.2021Goranboy və Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 12-nə keçən gecə Dəliməmmədli şəhəri ərazisində Goranboy şəhər sakini E.Əşrəfova məxsus “KamAZ” markalı iki avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Kəlbəcər rayon sakinləri O.Məmmədzadə və əvvəllər məhkum olunmuş S.Qasımzadə saxlanılmışlar.
Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların N.Ələkbərova məxsus “KamAZ” markalı avtomobildən, martın 7-dən 9-dək olan müddətdə isə Yevlax rayon sakinləri M.Niftalıyevə, Q.Muxtarova məxsus traktorlardan və Z.Quliyevə məxsus “ZİL” markalı avtomobildən akkumulyator oğurlamaları da müəyyən edilmişdir.