Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakinləri Ş.Məmmədov və G.Qasımova saxlanılmışlar
13.03.2021Cəbrayıl RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ş.Məmmədov və Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə axtarışda olan G.Qasımova saxlanılmışlar. Şəxsi axtarış zamanı Ş.Məmmədovdan heroin, G.Qasımovadan isə 1 kiloqram 90 qram marixuana, 101 qramdan artıq metamfetamin götürülmüşdür.