Paytaxt ərazisində 1 nəfər aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılmışdır
13.03.2021Karantin rejimi tələblərinin təmin edilməsi, koronavirus infeksiyanın ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə daxili işlər orqanlarının əməkdaşları paytaxt ərazisində, eləcə də bölgələrdə nəzarət – profilaktik tədbirləri davam etdirir.
Martın 11-də Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində 1 nəfər aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılmışdır. Bakı şəhər sakini 63 yaşlı A.Əliyevə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq onun yaşayış yerini tərk etdiyi müəyyən olunmuşdur.
Polis əməkdaşları onunla izahedici söhbətlər aparmış, tibbi prosedurları gözləməklə yaşadığı evə qaytarılmış, bu barədə müvafiq səhiyyə qurumu məlumatlandırılmışdır.