Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
08.01.2021Yanvarın 8-də saat 7 radələrində Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisində Bakı şəhər sakini T.Məmmədov idarə etdiyi “Daewoo” markalı avtobusla yolu keçən Aşağı Güzdək qəsəbə sakini A.Məmmədovanı vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.