Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qanunsuz balıq ovu edən dəstə üzvləri saxlanılıb

08.01.2021

Daxili İşlər Nazirliyinin Nəqliyyatında Baş Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq icazə olmadan qanunsuz olaraq balıqçılıq və ovçuluqla məşğul olan şəxslərə qarşı nəzarət tədbirləri davam etdirilir.

NBPİ əməkdaşlarının bu istiqamətdə keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində Xaçmaz rayonunun Turist kəndi ərazisində qanunsuz balıq ovu ilə məşğul olan 9 nəfərdən ibarət dəstə saxlanılaraq istintaqa cəlb edilib.

Onlardan hər birinin qiyməti 220 manat olan 64 ədəd nərə balığı, 2 ədəd qızıl balıq və qanunsuz ovda istifadə etdikləri xüsusi vasitələr aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 256-cı (Balıq və digər su bioresurslarını qanunsuz tutma) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda iş üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

08.01.2021 tarixinə olan kriminal məlumatlar