Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini C.Şükürovdan 5 kiloqramdan artıq marixuana götürülmüşdür
08.01.2021Cəlilabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini C.Şükürov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 8 qrama yaxın marixuana aşkar edilərək götürülmüşdür.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə ona məxsus yardımçı təsərrüfata baxış zamanı isə oradan da əlavə 5 kiloqramdan artıq marixuana götürülmüşdür.