Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ə.Əzimovdan külli miqdarda natkotik vasitələr aşkar edilərək götürülmüşdür
08.01.2021Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ə.Əzimov Masallı rayonu ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 3 kiloqrama yaxın heroin, 2 kiloqramdan artıq tiryək aşkarlanmışdır.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun Masallı şəhərindəki yaşadığı evə baxış zamanı isə oradan da əlavə olaraq 3 kiloqramdan artıq heroin, 3 kiloqrama yaxın tiryək və 5 kiloqram 500 qram marixuana götürülmüşdür.