Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən D.Həsənovdan 20 kiloqramdan artıq tiryək və 1 ədəd elektron tərəzi götürülmüşdür
08.01.2021Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən D.Həsənov Qaradağ rayonu ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 70 qrama yaxın tiryək aşkar edilmişdir.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun Müşfiqabad qəsəbəsindəki yaşadığı evə baxış zamanı isə oradan əlavə olaraq 20 kiloqramdan artıq tiryək və 1 ədəd elektron tərəzi götürülmüşdür.