Xuliqanlıq etdiyinə görə tutulmuş Sumqayıt şəhər sakini A.Vəlizadənin silah gizlətdiyi müəyyən edilmişdir
08.01.2021Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən xuliqanlıq etdiyinə görə tutulmuş Sumqayıt şəhər sakini A.Vəlizadənin ətrafında aparılan tədbirlərlə onun silah gizlətdiyi müəyyən edilmişdir. Əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evə baxış zamanı oradan “Makarov” markalı tapança, patron darağı və 4 ədəd patron aşkar edilərək götürülmüşdür.