Saxlanılmış Bakı şəhər sakini R.Şükürovdan narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür
08.01.2021Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Şükürov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülmüşdür.
Ətrafında aparılan tədbirlərlə onun müxtəlif vaxtlarda rayon ərazisindəki 7 evdən ümumilikdə 930 manat pul, 9 ədəd mobil telefon, 1 ədəd planşet və sənəd oğurlaması da müəyyən edilmişdir.