Bakı şəhər sakini H.Əliyevdən 804 qramdan artıq heroin aşkar edilərək götürülmüşdür
08.01.2021Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Əliyev Yasamal rayonu ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 804 qramdan artıq heroin aşkar edilərək götürülmüşdür.