Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılmış Gəncə şəhər sakini İ.Verdiyevdən ümumilikdə 10,01 kq heroin götürülmüşdür
06.01.2021Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini İ.Verdiyev şəhər ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 10 qramdan artıq heroin götürülmüşdür.
Davam etdirilən əmliyyat-axtarış tədbiri nəticəsində onun “BMW” markalı avtomobilindən isə 10 kiloqramdan artıq heroin götürülmüşdür.