Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəmkir şəhər sakini A.Nağdıyev saxlanılmışdı

06.01.2021

Şəmkir RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş A.Nağdıyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin, 1 ədəd şpris 1 ədəd şüşə flakon və 2 ədəd şüşə ampula aşkar edilmişdir.

Davam etdirilən tədbirlərlə onun evindən 435 qram marixuana, 1 ədəd şpris və 3 ədəd şüşə ampula götürülmüşdür.

Ətrafında aparılmış tədbirlərlə onun ötən il dekabrın 31-dən yanvarın 3-dək olan müddətdə şəhər ərazisində bir mağazadan kompüter, geyim əşyaları, bir mağazadan isə 300 manat pul və 2 ədəd mobil telefon oğurlaması da müəyyən edilmişdir.

06.01.2021 tarixinə olan kriminal məlumatlar