Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Yevlax rayon sakinləri S.Məmmədov və M.Namazovdan külli miqdarda marixuana götürülmüşdür
06.01.2021Baş Narkotiklərlə Mübarizə İdarəsi və Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Yevlax rayon sakinləri, əvvəllər məhkum olunmuşlar - S.Məmmədov və M.Namazov Goranboy rayonu ərazisində saxlanılmışlar. Şəxsi axtarış zamanı S.Məmmədovdan 1,2 kiloqram marixuana aşkar edilərək götürülmüşdür.
Davam etdirilən tədbirlərlə M.Namazovun evindən isə 10 kiloqram 350 qram marixuana götürülmüşdür.