Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılmış Gəncə şəhər sakini E.Axundludan 475 qram marixuana aşkar edilərək götürülmüşdür
06.01.2021Gəncə ŞBPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Axundlu saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 475 qram marixuana aşkar edilərək götürülmüşdür.