Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılmış Naxçıvan şəhər sakini E.Fərəcovdan 485 qram marixuana götürülmüşdür
06.01.2021Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Naxçıvan şəhər sakini E.Fərəcov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 485 qram marixuana götürülmüşdür.