Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılmış Masazır qəsəbə sakini A.Şahbazovdan 6 kiloqramdan artıq marixuana götürülmüşdür
06.01.2021Abşeron RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masazır qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Şahbazov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilmişdir.
Davam etdirilən tədbirlərlə onun evindən isə əlavə olaraq 6 kiloqramdan artıq marixuana götürülmüşdür.