Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəki şəhər sakini R.Nurəliyev saxlanılmışdır
06.01.2021Şəki ŞRPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş R.Nurəliyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilmişdir.
Davam etdirilən tədbirlərlə onun evindən 470 qram marixuana götürülmüşdür.