Oğurluq etdiyi evdə yanğın törətməkdə şübhəli bilinən Şəmkir şəhər sakini E.Həsənov saxlanılmışdır
06.01.2021Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 4-də şəhər ərazisindəki evlərin birindən 1800 manat pul və 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda, habelə həmin evin bir otağında tavan, döşəmə, şkaf, yataq dəsti və geyim əşyalarını yandırmaqda şübhəli bilinən şəhər sakini E.Həsənov saxlanılmışdır.