Nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən Qobustan rayon sakinləri Y.Ağayev və Q.Qədirov saxlanılmışlar
14.02.2020Fevralın 14-də saat 2 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisindən Müşfiqabad qəsəbə sakini S.Əhmədova məxsus “Zil” markalı avtomobilin qaçırılması barədə 40-cı Polis Bölməsinə məlumat daxil olmuşdur.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Qobustan rayon sakinləri Y.Ağayev və Q.Qədirov qeyd edilən avtomobillə birgə BDYPİ-nin əməkdaşları tərəfindən saxlanılmış və aidiyyəti üzrə təhvil verilmişlər.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.